Dərbəndin azərbaycanlı meri işə başladı

Dərbəndin azərbaycanlı meri işə başladı
22:47 19 Yanvar 2015
125 Sosial
Ölkə mətbuatı
A- A+

Dərbəndin yeni başçısı Mövsüm Rəhimov bir həftədir ki, mer vəzifəsində çalışır.

Milli.Az xəbər verir ki, axar.az-a Dərbənddə olan qaynaqların verdiyi məlumata görə, ilk iş günündən başlayaraq, o, Dərbənd əhalisinin, xüsusilə də azərbaycanlıların problemləri ilə maraqlanıb.

Görüş zamanı yeni mer şəhərin yuxarı hissəsində yaşayan sakinlərin su problemlərinin həll olunmasına və küçələrin hər gün təmizlənməsinə aid tapşırıq verib.

Dərbənddə yaşayan azərbaycanlıların Mövsüm Rəhimovu dəstəklədiyi deyilir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə 2015-ci ildə Dərbəndin 2000 illik yubileyi keçirilməlidir. Tədbirlə əlaqədar Mövsum Rəhimov bütün Dərbəndin icra hakimiyyət işçilərini işə cəlb edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR