Zakir Həsənov hüquq müdafiəçisi ilə danışdı

Zakir Həsənov hüquq müdafiəçisi ilə danışdı
23:01 19 Yanvar 2015
104 Ölkə
Ölkə mətbuatı
A- A+

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov müdafiə naziri Zakir Həsənovla görüşüb.

Görüşdə orduda hüquq və azadlıqların təmin edilməsi məsələləri müzakirə olunub.

ANS PRESS "Turan" agentliyinə istinadən xəbər verir ki, Elçin Behbudov bildirib ki, müdafiə nazirinin yanında ölkənin hərbi prokuroru ilə xüsusi görüş keçirilib. Görüşdə güc qurumlarının rəhbərləri ordudakı cinayətlərin beynəlxalq standartlara uyğun şəkildə araşdırılmasını müzakirə ediblər.

Elçin Behbudovun sözlərinə görə, bəzən hətta cüzi hüquq pozmalara görə hərbçilər cinayət məsuliyyətinə cəlb edilir, halbuki, inzibati həbslərlə də kifayətlənmək olar.

Nazir hüquq müdafiəçisinə əsgərlərin yemək və sosial şəraitinin yaxşılaşdırıldığını, xəstəliklərin azaldığını bildirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=320656

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR