Beynəlxalq koalisiya “İŞİD”in mövqelərinə 26 hava zərbəsi endirib

Beynəlxalq koalisiya “İŞİD”in mövqelərinə 26 hava zərbəsi endirib
23:07 19 Yanvar 2015
119 Dünya
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 23:01 ]

Bakı – APA. Beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr iki gün ərzində Iraq və Suriyada “İŞİD”in mövqelərinə 26 hava zərbəsi endirib.

APA-nın RİA Novosti agentliyinə istinadən məlumatına görə, koalisiya Suriyada terrorçuların canlı qüvvə və hərbi texnikasına zərbələr endirib. Həmçinin, Xaseke şəhərində “İŞİD”-in iki hərbi bölməsi və bir artilleriya kompleksi məhv edilib.

 

İraqda koalisiya qüvvələri  7 şəhərdə “İŞİD”-in canlı qüvvəsi, həmçinin, terrorçuların binalarını  və nəqliyyat vasitələrini məhv ediblər

 

Xatırladaq ki, ABŞ-ın hərbi aviasiyası 2014-cü il,  avqustun 8-dən etibarən İraqda, sentyabrın 23-dən isə Suriyada “İŞİD”-in mövqelərinə hava zərbələr endirir. İraqdakı  əməliyyatlarda Avstraliya, Belçika, Böyük Britaniya, Danimarka, Kanada, Niderland və Fransanın, Suriyada isə Bəhreyn, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının hərbi təyyarələri iştirak edir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369644

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR