Fırıldaqçılar suni intellektlə Tailand liderini aldatmaq istədilər

Dünyada suni intellektli telefon fırıldaqları dövlət rəhbərlərini də hədəfə alır.

Metbuat.az xəbər verir ki, bu dəfə fırıldaqçılar Tailandın baş naziri Paetongtarn Şinavatranı aldatmağa cəhd ediblər. Bu barədə Şinavatra özü açıqlama verib. Bildirilib ki, fırıldaqçılar məşhur hökumət liderinin səsini təqlid edən süni intellektlə zəng ediblər. Şinavatra, “Səs çox aydın idi, dərhal tanıdım. Əvvəlcə mənə səs yazısı göndərdilər ki, “necəsən? “Birlikdə işləmək istəyirəm” kimi ifadələrdən istifadə etdilər” - deyə bildirib.

Eyni nömrədən gələn zəngə cavab verməyən Şinavatra daha sonra yeni səsli məktub alıb. Bu mesajda fırıldaqçılar “ASEAN ölkələri arasında ianə verməyən yeganə sizsiniz” deyərək pul istəyiblər. Şinavatra bunun fırıldaqçılıq olduğunu anlayıb.

Lakin səsi imitasiya edilən rəhbərin kimliyi ilə bağlı məlumat verilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı