Məltəm "O səs Türkiyə"də daha bir mərhələ keçdi - video

Məltəm "O səs Türkiyə"də daha bir mərhələ keçdi - video
23:41 19 Yanvar 2015
397 Şou
Ölkə mətbuatı
A- A+

"O səs Türkiyə"nin növbəti "Birə bir" mərhələsində Məltəm Abbasova səhnəyə çıxıb.

Axşam.az-ın xəbərinə görə, Ebru Gündeşin komandasında olan həmyerlimiz komanda yoldaşı Gökhanla yarışıb. Rusiyada doğulub böyüyən Məltəm "Something gotta hold me" mahnısını səsləndirib.

Komanda rəhbəri Ebru Gündeşin qərarıyla M.Abbasova duelin qalibi olub.

Qeyd edək ki, Acun İlicalının aparıcılığı ilə Türkiyənin "TV8" telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə müğənnilər Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR