Volkswagen Golf ilin avtomobili seçildi - FOTOSESSİYA

Volkswagen Golf ilin avtomobili seçildi - FOTOSESSİYA
23:52 19 Yanvar 2015
341 Maraqlı
Ölkə mətbuatı
A- A+

Detroyt avtoşousunda saysız-hesabsız premyeraları ilə yanaşı heç də az əhəmiyyətli olmayan daha bir hadisə də baş verib: “Şimali Amerikada ilin yüngül və yolsuzluq avtomobili” müsabiqəsinə yekun vurulub. Hər il keçirilən bu müsabiqənin bu ilki qalibləri Volkswagen Golf/Golf GTI və Ford F-150 modelləri olub.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, beləliklə ABŞ və Kanadanın ən aparıcı avtomobil dərgilərində çalışan jurnalistlərin daxil olduğu münsiflər heyəti Golf modelinə 256 bal verib. 204 bal toplayaraq iİkinci yeri tutan Ford Mustang ondan xeyli geri qalır. Üçlüyü 110 balla yeni sedan Hyundai Genesis tamamlayır.
 
Yolsuzluq avtomobilləri arasında isə qalib digərlərindən daha çox uzaqlaşıb. Ford F-150 297 bal toplayaraq 205 balı olan Chevy Colorado və Lincoln MKS (68 bal) modellərini arxada qoyub.
 
Milli.Az























Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/319392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR