Ötən ay Azərbaycanın qeyri-neft ixracı artıb - RƏQƏMLƏR

2025-ci ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7% artaraq 245,8 milyon ABŞ dolları təşkil edib.

Metbuat.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə(İİTKM) istinadən xəbər verir.

Qeyd edilib ki, 2025-ci ilin yanvar ayında yeyinti məhsulları 19,7% artaraq 84,2 milyon ABŞ dollarına bərabər olub.

2025-ci ilin yanvar ayında aqrar məhsullar 10,4% artaraq 64,8 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 44,3% artaraq 22,2 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,5% artaraq 87,1 milyon ABŞ dolları təşkil edib.

Cari ilin birinci ayında qara metallar və ondan hazırlanan məmulatlar 2,8 dəfə, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 34,9%, alkoqollu və alkoqolsuz içkilər 39,2%, üzvi kimyəvi birləşmələr 52,4% artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı