Qırğızıstanın "O!"mobil operatoru Azәrbaycanın әrazi bütövlüyü ilә bağlı saytlarındakı yalnış yerlәşdirmәni düzәldib

00:17 20 Yanvar 2015
67 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 00:14 ]

Bakı. Mәlahәt Nәcәfova-APA. Qırğızıstanın "Nurtelekom"a mәxsus "O!"mobil operatoru Azәrbaycanın әrazi bütövlüyü ilә bağlı saytlarındakı yalnış yerlәşdirmәni düzәldib.

Bunu APA-ya Qırğızıstanın Azәrbaycandakı sәfiri Aycigit Buranov deyib.

 

Onun sözlәrinә görә, Qırğızıstanın Xarici İşlәr Nazirliyinin şirkәtin hüquq şöbәsinә müraciәtindәn sonra, yalnışlıq aradan qaldırılıb: "Bununla yanaşı, şirkәtin nümayәndәsi yol verilmiş sәhvә görә üzr istәyib”.

 

Xatırladaq ki, Qırğızıstanın "Nurtelekom"a mәxsus "O!"mobil operatoru öz saytında beynәlxalq zәnglәr bölmәsindә Dağlıq Qarabağı Ermәnistan әrazisi kimi göstәrmişdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR