Berti Foqts xəstəxanaya düşdü

Berti Foqts xəstəxanaya düşdü
00:21 20 Yanvar 2015
180 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandamızın sabiq baş məşqçisi Berti Foqts ürəyindən əməliyyat olunub.

ANS PRESS-in məlumatına görə, onun ürəyinə süni klapan qoyulub.

Əməliyyatın keçirilməsi əvvəlcədən planlaşdırılıb və hazırda 68 yaşlı mütəxəssis intensiv terapiya şöbəsindədi. Foqtsun bir neçə gündən sonra xəstəxanadan buraxılacağı gözlənilir.

Foqts "Bild" nəşrinə açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini bildirib: "İndi ürəyim çox gözəl çalışır. Son 3-4 ayda bilirdim ki, mənə yeni ürək klapanı lazımdı. Əməliyyata hazır idim".
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR