Bu kəndin bütün sakinləri evlərini tərk etdi - VİDEO

İsmayıllının Pirəbülqasım kəndində rəsmi qeydiyyatda olan 157 sakinin demək olar ki, hamısı buranı tərk edib.

Metbuat.az xəbər verir ki, Baku TV-nin kənddə apardığı çəkiliş zamanı evlərin qapılarına qıfıl vurulduğu məlum olub.

Sakinlərin kənddən getməsinin səbəbinin şəraitsizlikdən qaynaqlandığı deyilir: yollar təmirsiz, işıq dirəkləri bərbad vəziyyətdədir, qaz xətti isə yoxdur.

Bacasından tüstü çıxan evlərdən birinin sakini isə kənddəkilərin çoxunun Bakıya getdiyini bildirib.

"İndi kənddə heç kim yoxdur. Yayda gələcəklər", - deyə o söyləyib.

Daha ətraflı videomaterialda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı