Xarkovda partlayış: yaralılar (FOTO)

Xarkovda partlayış: yaralılar (FOTO)
00:31 20 Yanvar 2015
125 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Xarkov şəhərində Moskva rayon məhkəmə binasının yaxınlığında baş vermiş partlayış nəticəsində 13 nəfər xəsarət alıb.

ANS PRESS-in məlumatına görə, partlayış zamanı yaralananlardan ikisinin vəziyyəti ağırdır.

Xarkov prokurorluğunun mətbuat katibi Vita Dubovik informasiyanı təsdiq edib: "Bəli, partlayış oldu. İlkin məlumatlara görə, bir neçə nəfər xəsarət alıb. Onlardan ikisi ağır vəziyyətdədir".

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko isə bildirib ki, partlayış nəticəsində 13 nəfər yaralanıb: "Bir nəfərin vəziyyəti son dərəcə ağırdır, altı nəfər ağır və altı nəfər yüngül yaralanıb. Hazırda hadisə yerində operativ-istintaq qrupu işləyir".

Hazırda partlayışın yerində səkkiz briqada işləyir.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR