Gəncədə 12 yaşlı oğlan dəm qazından boğularaq ölüb

00:37 20 Yanvar 2015
89 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 00:32 ]

Gəncə. Azər Məmmədli – APA. Gəncədə dəm qazından boğulma hadisəsi baş verib.

Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə yanvarın 19-da saat 21 radələrində baş verib.

 

Şəhərin Nəriman Nərimanov prospekti, 1-ci döngə, ev 6-da yaşayan 2003-cü il təvəllüdlü Zeynalov Qəhrəman Nizami oğlu yaşadığı evin vanna otağında çimərkən dəm qazından boğulub.

 

12 yaşlı oğlan dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369648

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR