Belqorod vilayətində Ukraynanın PUA-sı məhv edildi

Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində bir Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Metbuat.az Tass-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Martın 1-də Moskva vaxtı ilə saat 10:20 radələrində növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib”, - məlumatda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı