Kral coşdu

Kral coşdu
15:31 25 Dekabr 2014
125 Dünya
Ölkə mətbuatı
A- A+

İspaniyanın yeni kralı VI Felipe Milad bayramı ərəfəsindəki ilk çıxışında ölkədəki korrupsiyanı tənqid edərək bildirib ki, dövlət xadimləri tutduqları vəzifə hesabına gəlirləri azalmalı və ya zəngin olmamalıdırlar. Dövlət qulluqçularına xüsusi rəftar göstərilməməlidir.

ANS PRESS-in BBC-yə istinadla verdiyi məlumata görə, Kral vergidən yayınmağa görə məhkəməyə çıxarılan bacısının adını birbaşa çəkməyib. O, İspaniya iqtisadiyyatından söz açıb və deyib ki, ölkədə işsizliyin 24% olması yolverilməzdir.

Kral İspaniyanın müstəqillik tələb edən Kataloniya əyalətinə də müraciət edib: "Kataloniya İspaniyanın ayrılmaz hissəsidir və milyonlarla ispanın ürəyindədir."

Ümumiyyətlə, İspaniyada Beynəlxalq Valyuta Fondunun (BVF) sabiq rəhbəri Rodrigo Rato da daxil olmaqla, bəzi siyasətçilər korrupsuyaya görə məhkəməyə çıxarılıb.

Şahzadə Kristina və həyat yoldaşı İnaki Urdangarin dövlət büdcəsindən milyonlarla avronu mənimsəməkdə təqsirləndirilirlər. Şahzadə istintaqa 2010-cu ildən cəlb olunub. Bu, həmdə atası Xuan Karlosun iyunda hakimiyyətdən gedişinin səbəblərindən biridir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR