Şəkidə polis əməkdaşı döyülüb

Şəkidə polis əməkdaşı döyülüb
00:54 20 Yanvar 2015
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə naməlum şəxslər polis əməkdaşına xəsarət yetiriblər

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanvar ayının 19-u axşam saatlarında rayonun Qoxmuq kənd sakini, 1984-cü il təvəllüdlü Famil İxtiyar oğlu Səmədov sağ qaş üstü nahiyəsinin cırılmış yarası, burunun və xayanın əziyi xəsarətləri ilə xəstəxanaya daxil olub.

 

Araşdırma zamanı məlum olub ki, Famil Səmədov Şəki şəhəri ərazisində naməlum şəxslərin hücumuna məruz qalıb. Famil Səmədova ilkin tibbi yardım göstərilib, müalicəsi xəstəxanada davam etdirilir. Məlumatda bildirilir ki, Famil Səmədov Şəki Şəhər-Rayon Polis Şöbəsində (ŞRPŞ) polis nəfəri vəzifəsində çalışır.

 

Hadisə ilə bağlı Şəki ŞRPŞ-dən APA-ya verilən məlumatda bildirilir ki, Famil Səmədov həqiqətən Şəki ŞRPŞ-də polis nəfəri vəzifəsində çalışır. Hazırda Şəki ŞRPŞ-nin axtarış-əməliyyat  qrupu Famil Səmədova hücum edən şəxslərin müəyyən edilərək tapılması və hadisənin hansı şəraitdə baş verməsini aydınlaşdırmaq istiqamətində əməliyyat tədbiri həyata keçirir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190843

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR