MAR-da Fransa vətəndaşı oğurlanıb

MAR-da Fransa vətəndaşı oğurlanıb
01:17 20 Yanvar 2015
131 Dünya
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 01:11 ]

Bakı-APA. Mərkəzi Afrika Respublikasının paytaxtı Banqidə humanitar təşkilatın əməkdaşı olan Fransa vətəndaşı oğurlanıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən məlumatına görə, Fransa XİN-i məlumatı təsdiqləyib.

 

Fransa xarici işlər idarəsindən bildirilib ki, oğurlanan şəxs 67 yaşlı qadındır. “Fransa humanitar qaydalara zidd olan hərəkətə görə təəssüf edir və oğurlanan vətəndaşının tezliklə sərbəst buraxılmasını cinayətkarlardan tələb edir”, Fransa XİN-in bəyanatında deyilir.  

 

Son məlumatlara görə, Banqi arxiyepiskopu artıq qadını oğurlayanlar ilə danışıqlara başlayıb.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR