Millimiz türk klubunu darmadağın etdi: 8 qol

Millimiz türk klubunu darmadağın etdi: 8 qol
01:26 20 Yanvar 2015
110 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyunu keçirib.

ANS PRESS-in məlumatına görə, millimiz Türkiyənin "Kunduspor" klubunun U-21 komandası ilə qarşılaşıb. Komandamız rəqibini darmadağın edib - 8:0.

Matçdan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və millimizin futbolçuları oyuna qara sarğı ilə çıxıb.

Qarşılaşmanı millimizin baş məşqçisi Robert Prosineçki və AFFA-nın Məşqçilər Komitəsinin üzvləri izləyiblər.

Qeyd edək ki, millimizin "Antalyaspor"un U-21 komandası ilə yoxlama oyunu keçirəcəyi planlaşdırılırdı. Amma son anda rəqib dəyişib.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR