Minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşdi

Minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib.

Metbuat.az xəbər verir ki, həlledici görüşdə "Zirə" və "Birbaşa Bakı" komandaları üz-üzə gəlib. Matç "Birbaşa Bakı"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb

Qarşılaşmanın 36-cı dəqiqəsində Eşqin Tağıyev, 47-ci dəqiqədə isə Təmkin Xəlilzadə "Zirə"nin qapısına yol tapıb.

Qeyd edək ki, "Birbaşa Bakı" ötən il də Azərbaycan çempionu olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı