Xəbər verdiyimiz kimi, "Yelo Bank"ın Elmlər filialında filial müdiri müştərini döyərək çənəsini sındırıb.
Metbuat.az Unikal.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc özünün feysbuk səhifəsində paylaşıb.
Vəkil qeyd edib ki, filial müdiri Vüqar Xəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:
"Müdir əvvəlcə müştəriyə "bas bayıra" deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?"- deyə vəkil qeyd edib.
İddialara görə,zərərçəkmiş Təbriz Quliyev adlı şəxsdir. Davanın baş verməsinə səbəb çənəsi sınan şəxsin filial müdirini söyməsi olub. Təbri Quliyev isə bunu təkzib edib.