Şəhidlərimizlə hər zaman qürur duyuruq

Şəhidlərimizlə hər zaman qürur duyuruq
02:23 20 Yanvar 2015
185 Ölkə
Ölkə mətbuatı
A- A+


Zaqatala, 20 yanvar, Mustafa Dadaşov, AzərTAc
Biz şəhidlərimizlə hər zaman qürur duyur, onların müqəddəs ruhları qarşısında baş əyirik.
Bu sözləri 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar Zaqatalada keçirilən anma mərasimində rayonun Höytala kənd sakini, şəhid atası Feyzulla Qallayev AzərTAc-a müsahibəsində deyib.
Şəhid atası bildirib ki, Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi hər bir azərbaycanlı üçün əzizdir. Azad, müstəqil, gündən-günə inkişaf edən belə bir gözəl ölkədə yaşamağımıza görə şəhidlərə borcluyuq.
Feyzulla Qallayevin dediyinə görə, oğlu Zahid 1993-cü ilin iyulunda Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. O, bütün şəhid ailələri kimi, onun ailəsinə də dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərildiyini, müəyyən imtiyazların verildiyini, mənzillə təmin olunduqlarını, həyat şəraitlərinin yaxşılaşdığını diqqətə çatdırıb. Şəhid atası şəhid ailələrinə göstərilən bu qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehidlerimizle_her_zaman_qurur_duyuruq-825981

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR