Misirdə “quş qripi”ndən ölənlərin sayı 5-ə çatıb

Misirdə “quş qripi”ndən ölənlərin sayı 5-ə çatıb
02:37 20 Yanvar 2015
137 Dünya
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 02:30 ]

Bakı-APA. Misirdə “quş qripi”ndən (H5N1) daha bir nəfər ölüb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, ilin əvvəlindən ölkədə “quş qripi”ndən ölənlərin sayı 5-ə çatıb.

 

Bu fakt Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) narahat edir. Qeyd olunur ki, əgər keçən il ərzində Misirdə virusa yoluxanlardan 11 nəfər vəfat etmişdisə,  bu ilin ilk ayında  ölənlərin sayı artıq 5-ə çatıb. Ölkədə “quş qripi”nə yoluxma hallarına əsasən kənd yerlərində rast gəlinir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR