Yəməndə atəşkəs əldə edildi

Yəməndə atəşkəs əldə edildi
03:06 20 Yanvar 2015
128 Dünya
Ölkə mətbuatı
A- A+

Yəmənin paytaxtı Sənada hökumət qüvvələri və üsyançı şiələr-hutilər arasında baş verən döyüşdən sonra atəşkəs əldə edilib.

ANS PRESS-in məlumatına görə, üsyançı hutilər prezident sarayının yerləşdiyi ərazidə iriçaplı pulemyotlardan atəş açmaqla yanaşı, baş nazirin maşın karvanına da hücum ediblər.

Prezident Abd Rəbbuh Mənsur əl-Hadinin harada olduğu bilinmir.

Güclü atışmalardan sonra sakinlər döyüş zonasını tərk ediblər. Dövlət televiziyası toqquşmalar barədə məlumat vermək əvəzinə, konsert proqramı təqdim edib. Rəsmilər azı üç nəfərin öldüyünü bildirib.

Qeyd edək ki, hutilər Yəmən hökumətinə qarşı döyüşən şiə dəstələridir.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR