Məxfi məlumatlar oğurlanıb

Məxfi məlumatlar oğurlanıb
15:36 25 Dekabr 2014
226 Digər
Ölkə mətbuatı
A- A+

“Zecurion Analytics” şirkəti illik məlumat sızması tədqiqatının ilkin nəticələrini təqdim edib. 2014-cü ilin 11 ayı ərzində dünyada 697 daxili informasiya təhlükəsizliyi insidenti qeydə alınıb ki, bunun da 30 faizini qəsdən törədilən informasiya sızması təşkil edib.

2014-cü ildə informasiya sızması nəticəsində dəyən maddi ziyanın 2013-cü ildəki 25,11 milyard dollarla müqayisədə 17,78 milyard dollaradək azalmasına baxmayaraq şirkətlər əməkdaşlar tərəfindən törədilən məxfi məlumatların oğurlanmasından daha çox zərər çəkməyə başlayıblar.

Belə ki, 2012-ci ildə qəsdən törədilməyən insidentlər üstünlük (qəsdən törədilən 24,2 faizə nisbətdə 44,5 faiz) təşkil edirdisə, 2014-cü ildə onlar arasında fərq bir faizədək (qəsdən törədilən 32,4 faizə nisbətdə 33,9 faiz təsadüfi) azalıb. Analitiklərin fikrincə, bu tendensiya Yeni ildə təşkilatlar üçün insidentlərdən maliyyə itkilərinin xeyli artmasına səbəb ola bilər. Bununla yanaşı, hər bir insidentdən orta ziyan 25,51 milyon dollar təşkil edib ki, bu da 2013-cü ilin analoji göstəricisindən (31,23 milyon dollar) xeyli aşağıdır.

Korporativ məlumatların ötürülməsi üçün daha çox yayılmış kanallar veb-servislər (26,7 faiz), noutbuk və planşetlər (14 faiz) olaraq qalır. Elektron poçt və fləş kartlarla sızmaların azalması stabil şəkildə azalır (2014-cü ildə müvafiq olaraq 7,8 və 6,1 faiz). Bu halda qeyri-elektron daşıyıcılar vasitəsilə sızmalar xeyli – 8,2 faizdən 13,4 faizədək artıb. Əksər hallarda bunlar kağız sənədlərə laqeyd yanaşma ilə əlaqədar qəsdən edilməyən sızma hallarıdır. Ofisdə göz qabağında qoyulan və ya adi zibil qablarına tullanan sənədlər bəzən ictimaiyyətə məlum olur.

Ötən illə müqayisədə fiziki şəxslərin maliyyə və tibbi məlumatlarının sızması halları ümumilikdə 26,8 faiz azalıb. Digər fərdi məlumatlar 2014-cü ildə payı 59,6 faiz təşkil edən ifşaedici informasiya tipləri arasında lider olaraq qalır. Bundan əlavə, dövlət və ya kommersiya sirrinin sızmasına getdikcə az rast gəlinir. Lakin buna baxmayaraq baş verən oxşar insidentlərin hamısı çoxlu maliyyə itkilərinə səbəb olur və ciddi reputasiya nəticələrinə malikdir, - "CNews” yazır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR