Ötən il istehlak mallarının satışında 10 faiz artım olub

03:28 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc 
2014-cü ildə əhaliyə 22 milyard manatlıq istehlak malları satılıb, əvvəlki illə müqayisədə 10 faiz artım olub, pullu xidmətlərin həcmi isə 7,2 faiz artaraq 7 milyard manata çatıb.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, istehlak bazarından alınmış məhsulların 50,1 faizini ərzaq məhsulu, 49,9 faizini qeyri-ərzaq malları təşkil edib, ərzaq məhsullarının satışı 3,9 faiz, qeyri-ərzaq mallarının satışı isə 16,2 faiz artıb. İstehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 48,4 faizi qida məhsulları və içkilərin, 1,7 faizi tütün məmulatlarının, 18,7 faizi toxuculuq malları, geyim və ayaqqabının, 4,7 faizi elektrik malları və mebelin, 0,6 faizi kompyuterlər, telekommunikasiya avadanlıqlarının, 1,4 faizi əczaçılıq mallarının, 7,1 faizi avtomobil yanacaqlarının, 17,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2014-cü ildə ölkənin hər bir sakini ticarət şəbəkəsindən orta hesabla 2336,8 manatlıq və ya 2013-cü illə müqayisədə 222,5 manat çox müxtəlif istehlak malı alıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_istehlak_mallarinin_satisinda_10_faiz_artim_olub-825982

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR