Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra təxminən 400 min suriyalı qaçqın ölkələrinə qayıdıb.
Metbuat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığından açıqlama verilib. Bildirilib ki, Əsəd rejiminin devrilməsindən sonra Suriyada 1 milyondan çox məcburi köçkün öz evlərinə qayıdıb. Məlumata görə, Suriya hələlik təhlükəsiz ərazi deyil. Açıqlamada qeyd edilir ki, lazımi qədər büdcə ayrılmayacağı təqdirdə qaçqınların ölkəyə qayıtması səngiyə bilər. Açıqlamda deyilir ki, Suriyada təxminən 16,7 milyon insanın humanitar yardıma ehtiyacı var.
Suriyada humanitar fəaliyyət göstərən şəxslərə dəstəyin sabitlik üçün vacib olduğu vurğulanıb.