ABŞ-də Prezident Donald Tramp administrasiyası iqlimlə bağlı layihələr üçün nəzərdə tutulan 3 milyard dollar dəyərindəki proqramları ləğv edib.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Kənd Təsərrüfatı Nazirliyi açıqlama verib. Açıqlamada deyilir ki, keçmiş prezident Co Bayden dövründə başladılan iqlim dostu proqramı ləğv edilib. Bəyanatda deyilir ki, proqram çərçivəsində maliyyələşdirilən layihələrin əksəriyyəti çox baha başa gəlir və bu vəsaitlərin yarısından azı fermerlərə sərf edilir. Kənd Təsərrüfatı Nazirliyi Bayden administrasiyasının bu proqramının fermerlər üçün deyil, “fırıldaqçılara” dəstək üçün yaradıldığını iddia edib.
Qeyd edək ki, ləğv edilən layilər eroziyaya mane olan bitkilərin əkilməsi və kənd təsərrüfatının ətraf mühitə təsirlərini minimuma endirmək üçün bitki qidalarının idarə edilməsi kimi proqramları dəstəkləyirdi.