İstiliyin verilməsi ilə bağlı qərar verildi

Soyuq günlərdə mövcud hava şəraiti nəzərə alınmaqla “Azəristiliktəchizat” ASC-nin balansında olan qazanxanalar və istilik məntəqələri işləyəcək və beləcə, istilik təminatı daha bir neçə gün davam edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Elvin Basqallı məlumat verib.

Bildirilib ki, soyuq günlər bitənə qədər mənzillərin istiliklə təmin olunması davam edəcək.

Qeyd edək ki, qanunvericiliyə görə, hər il istilik mövsümü noyabrın 15-də başlayır, növbəti il aprelin 15-də başa çatır.

Zaur Əliyev / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı