Azərbaycanda mənzillər bahalaşdı - RƏSMİ

2025-ci ilin I rübündə Azərbaycanda mənzil bazarında qiymətlər 2024-cü ilin I rübünə nisbətən 14.4% bahalaşıb.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin I rübündə əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 12.9%, təkrar mənzil bazarında isə 14.4% artıb.

Qeyd edək ki, cari ilin I rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüb ilə müqayisədə 4.4%, o cümlədən ilkin mənzil bazarı üzrə 2%, təkrar mənzil bazarı üzrə 4.5% artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı