Bakı-Quba yolunda ağır qəza - Ölən var

Bakı-Quba yolunda qəza baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə yolun 29-cu kilometrliyində qeydə alınıb.

    Fəzail Cəlilovun idarə etdiyi “Hyundai Elantra” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolun kənarında dayanmış Namiq Məhərrəmova məxsus “DAF” markalı yük avtomobilin qoşqusuna çırpılıb.

    Nəticədə Fəzail Cəlilov hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı