Məhkəmədən tiktokerlər Nuh və "Xan" barəsində qərar

Polis tərəfindən keçirilən "TikTok" əməliyyatlarında saxlanılan "Xan" ləqəbli tiktoker Əsgər Əlizadənin və digər tiktoker Nuh Məmmədzadənin həbs müddəti uzadılıb.

Metbuat.az Lent.az-a istinadən xəbər verir ki, hər iki tiktokerin həbs müddəti Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə 2 ay daha uzadılıb.

Qeyd edək ki, "Xan" ləqəbli tiktoker Əsgər Əlizadə 2024-cü ilin dekabr ayında saxlanılıb və Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham olunub və barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.

Eyni ittihamla saxlanılan digər tiktoker Nuh Məmmədzadə də 4 ay müddətinə həbs edilmişdi. Onun da həbs müddəti 2 ay uzadılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı