Hakimin geydiyi köynək başını ağrıtdı (FOTO)

Hakimin geydiyi köynək başını ağrıtdı (FOTO)
04:16 20 Yanvar 2015
109 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyada əfqan əsilli hakimin geyindiyi köynək “başını ağrıdıb”.

ANS PRESS-in məlumatına görə, Almaniyada yaşayan Manfred Doster adlı baş hakim üzərində “Fateh sultan Məhmət – The Conqueror (fateh)” yazılan qısaqol köynək (ti şört) geyinərək çəkdirdiyi fotoşəkili sosial şəbəkə hesabına yükləməsi müzakirələrə səbəb olub.

Almaniyada “Cunud əl-Şam” adlı terror qruplaşmasının üzvü olaraq ittiham edilən Harun P.-nin məhkəməsində əsas hakim olan Dosterin məhkəmə qərarı verərkən tərəfkeşlik edəcəyi deyilir.

Məhkəmə sözçüsü Andrea Titz hakimlərin şəxsi fotoşəkillərinə qarışmadıqlarını bildirib və Dosterin bu məsələdə tərəf tutmaq kimi ehtimalın olmasını da əsasız məlumat sayıb.

Qeyd edək ki, əfqan kökənli Harun P. haqqında Federal Prokurorluğun hazırladığı iddianamədə onun Suriyadakı düşərgələrdə təlim keçdiyi, ötən ilin fevralda 1600-dən çox ekstremistlə Hələb həbsxanasına basqın edərək 300 nəfəri azadlığa çıxardığı bildirilir.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR