Maştağada itkin düşən qızlar tapıldı

Bakının Maştağa qəsəbəsində itkin düşən iki qız tapılıb.

Metbuat.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışa aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.

Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.

Qeyd edək ki, azyaşlı qızların itkin düşməsi ilə bağlı onların valideynləri aprelin 21-də Metbuat.az saytına müraciət etmişdilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı