"Qarabağ" çempionluğunu rəsmiləşdirdi

"Qarabağ" Misli Premyer Liqasında çempionluğunu rəsmiləşdirib.

Metbuat.az xəbər verir ki, bu, XXXII turda baş tutan "Sabah"la səfər oyunundan sonra reallaşıb.

"Bank Respublika Arena" keçirilən matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Xallarının sayını 77-yə çatdıran Ağdam təmsilçisi qızıl medalları vaxtından əvvəl təmin edib.

Bu nəticənin ardından "köhlən atlar" Premyer Liqada 12-ci dəfə çempionluq sevinci yaşayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı