Naxçıvanda ağır qəza - Tələbələri maşın vurdu

Naxçıvan şəhərində ağır yol qəzası baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “KİA” markalı avtomobil yolu qarşı tərəfə keçən 2006-cı il təvəllüdlü Allahverdiyev Amin İntiqam oğlu və Məhərrəmov Zaur Fizuli oğlunu vurub.

Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, onların Naxçıvan Dövlət Universitetinin tələbələri olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı