İran və Rusiya əməkdaşlıq edir

İran və Rusiya əməkdaşlıq edir
05:01 20 Yanvar 2015
110 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu bazar ertəsi axşamı Tehrana gedib.

ANS PRESS-in məlumatına görə, iki günlük rəsmi səfər çərçivəsində Şoyqu İran Müdafiə naziri, briqada generalı Hüseyn Dexqan ilə görüş keçirəcək.

Bu gün baş verəcək müzakirələr zamanı tərəflər iki ölkənin hərbi və hərbi texniki əməkdaşlığının aktivləşməsi, eləcə də regional və qlobal təhlükəsizlik kimi aktual məsələləri danışacaqlar. Sergey Şoyqunun İran İslam Respublikasının (İİR) silahlı qüvvələrinin baş qərərgah rəisi, general Həsən Firuzibadi ilə də görüşü gözlənilir.

Bundan əlavə RF MN mətbuat xidməti və informasiya idarəsinin rəisi, general-mayor İqor Konaşenkov bildirib ki, səfər çərçivəsində iki ölkənin hərbi əməkdaşlığı barədə razılığın imzalanması gözlənilir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=320682

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR