Milli Məclisə Kamran Əliyevlə bağlı təqdimat daxil oldu

Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyinə yeni - “Azərbaycan Respublikası Milli Məclisinin Qərarı haqqında” məsələ daxil edilib.

Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu məsələ baş prokuror Kamran Əliyevin səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.

Baş prokuror Kamran Əliyevin səlahiyyət müddətinin daha 5 il uzadılması gözlənilir.

Qeyd edək ki, “Prokurorluq haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasının baş prokurorunun səlahiyyət müddəti beş ildir. Kamran Əliyev 1 may 2020-ci ildən baş prokuror vəzifəsini icra edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı