DSX: Xaricdə münaqişə zonalarında döyüşmüş 30 Azərbaycan vətəndaşı saxlanılıb

DSX: Xaricdə münaqişə zonalarında döyüşmüş 30 Azərbaycan vətəndaşı saxlanılıb
15:37 25 Dekabr 2014
145 Sosial
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 15:31 ]

Qanunsuz miqrasiya ilə məşğul olan 4 qrup, qaçaqmalçılıqla məşğul olan 15 mütəşəkkil dəstə zərərsizləşdirilib

Bakı. Rəşad Süleymanov – APA. Bu il Azərbaycanın dövlət sərhədini pozduğuna görə 423, sərhəd rejimi qaydalarını pozduqlarına görə 16002 nəfər saxlanılıb.

 

APA-nın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidmətində  (DSX) 2014-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində məlumat verilib.

 

Saxlanılanların 46,1% Azərbaycan, 18,7% Özbəkistan, 6,4% İran, 4,5% Moldova, 4,3% Əfqanıstan, 3,8% Türkiyə, 3,1% Gürcüstan, 2,6% Ru­siya, 2,6% Suriya, 1,9% Nigeriya, 1,9 % Ukrayna, 4,1% digər ölkə vətəndaşları olub.

 

Qeyd olunub ki, hesabat dövründə sərhəd pozucuları tərəfindən sərhəd naryadlarına qarşı 3 halda odlu silahdan istifadə olunub. Sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silahın tətbiqi zamanı 2 İran vətəndaşı vəfat edib, DSX-nin 1 zabiti yaralanıb.

 

İl ərzində 2553 nəfər axtarışda olan şəxs tutulub, 272 nəfər saxta, 42 nəfər özgəsinin sənədi ilə və 10 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb.

 

2014-cü il ərzində 9 milyon 406 min manat dəyərində qaçaqmal tutulub, 317 kq 715 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. 26,7 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

 

Dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi sayəsində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan, 2 əcnəbi vətəndaş, məxfi əməkdaşlığa cəlb olunmuş 1 Azərbaycan vətəndaşı barədə müvafiq tədbirlər görülüb. Terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 30 Azərbaycan vətəndaşı saxlanılıb, qanunsuz miqrasiya ilə məşğul olan 4 qrup, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

 

Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 53, Rusiyaya məxsus 28, İrana məxsus 8, Qazaxıstana məxsus 3 gəmiyə, Azərbaycana məxsus 404 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib. Azərbaycana məxsus 27 gəmi, Rusiyaya məxsus 3 gəmi, İrana məxsus 3 gəmi, Qazaxıstana məxsus 1 gəmi və Azərbaycana məxsus 254 qayıq, o cümlədən 418 nəfər heyət üzvü barəsində zəruri tədbirlər görülüb. Hesabat dövründə DSX Sahil Mühafizəsi tərəfindən 2 halda dənizdə xilasetmə əməliyyatları keçirilib, 5 nəfər vətəndaş xilas edilib. Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan və xidməti vəzifələrin icrasına ciddi maneə yaradan balıq ovlama vasitələri – 26,2 min metr tor yığılıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367237

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR