Norveç gözəlləri İŞİD-ə qarşı

Norveç gözəlləri İŞİD-ə qarşı
05:51 20 Yanvar 2015
134 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa islamafobiyanın əsirinə çevrilib.

ANS PRESS-in məlumatına görə, Avropada türk və İslam əleyhinə etirazlar səngimək bilmir. Qitədə terror aktlarının baş verməsi Norveçi də hərəkətə keçirib.

Ölkədə ötən illərdə gündəmə gələn qadınların məcburi hərbi xidmət keçməsi barədə qanun layihəsinin qəbul edilməsi nəticəsində 1997-ci il təvəllüdlü 30 min norveçli qadının hərbi xidmətə cəlb ediləcəyi bildirilib.

Hərbi xidmətə çağırılan qadınların İŞİD-ə qarşı əməliyyatlarda da iştirak edəcəyi vurğulanır. Lakin bu qanun layihəsi ölkədəki qadın müdafiəsi təşkilatlarını narahat edir. Onların fikrincə, qadıların da hərbi xidmət keçməsi orduda cinsi təcavüz hallarının arta biləcəyinə gətirib çıxara bilər.

Qeyd edək ki, Skandinaviya ölkəsi olan Norveç qadınlarının kişilərlə eyni şərtlərdə məcburi hərbi xidmət etdiyi ilk NATO ölkəsidir. Orduda vəzifə yerinə yetirən həmin qadın əsgərlər də eynilə kişi əsgərlər kimi geyinir, eyni çətinliklərə dözür, yerlərdə sürünür, həmişə üzərlərində silah tutur və qarşı cinslə eyni kazarmada yatırlar.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320685

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR