21 şəhərin polis rəisi dəyişdirildi

21 şəhərin polis rəisi dəyişdirildi
06:16 20 Yanvar 2015
172 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə 21 şəhərin polis rəisi dəyişdirilib.

ANS PRESS-in məlumatına görə, Türkiyə hökuməti ölkənin polis təşkilatını “paralel hökumət”ə yaxın olmasından şübhə duyulan polislərdən təmizləmək üçün 2013-cü ilin 17 dekabrından sonra başladığı geniş miqyaslı tədbirləri davam etdirir.

Türkiyə hökuməti “Rəsmi qəzeti”nin bugünkü sayında yayımlanan Daxili İşlər Nazirliyinin açıqlamasında Bursa, Ədirnə, Konya və Qaziantəp də daxil olmaqla, 21 vilayətin polis rəisinin dəyişdiyi bildirilir.

Bu polis rəsmilərinin əvəzinə isə yeni təyinatlar edilib

Başqa bir dəyişikliyə əsasən isə 15 vilayətin polis rəisi fərqli vəzifəyə keçirilib.

Qeyd edək ki, ötən ilin dekabr ayının sonlarında Bursa, Kayseri, Trabzon, Kocaeli başda olmaqla ilkin mərhələdə 20 vilayətin əmniyyət məsulları dəyişdirilmişdi.

.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320688

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR