Paytaxtda “KAMAZ”la “Mitsubishi” toqquşdu

Paytaxtda “KAMAZ”la “Mitsubishi” toqquşdu
07:29 20 Yanvar 2015
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

 

APA-nın məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

 

Elçin Əhmədovun idarə etdiyi "KAMAZ"  Elvin Novruzovun idarə etdiyi “Mitsubishi” ilə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Qəza ilə bağlı yolda sıxlıq yaranıb. Hadisə yerinə Dövlət Yol Polisini Nərimanov Rayon Şöbəsinin əməkdaşları gəliblər.

 

İlkin araşdırma nəticəsində məlum olub ki, qəzaya avtomobillərdən birinin qəfil manevr edərək hərəkət zolağını dəyişməsi səbəb olub.

 

Hər iki maşın cərimə meydançasına aparılıb. Faktla bağlı Nərimanov Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190852

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR