Fransada bu ölkənin bayrağı Mərakeş bayrağı ilə əvəz olunub

Fransada bu ölkənin bayrağı Mərakeş bayrağı ilə əvəz olunub
07:53 20 Yanvar 2015
157 Dünya
Ölkə mətbuatı
A- A+


Paris, 20 yanvar, AzərTAc
Fransanın Korsika adasının cənubundakı Ajaççio şəhərində qəribə hadisə baş verib. Şəhərin məğrib ölkələrindən olanların daha çox məskunlaşdığı məhəllədəki orta məktəbin binası üzərindəki fransız bayrağı Mərakeş bayrağı ilə əvəz olunub.
Hadisə yanvarın 18-dən 19-na keçən gecə baş verib. Naməlum şəxslər məktəbin üzərindəki fransız bayrağını çıxardaraq yandırıb və onun yerinə Mərakeş bayrağını asıb.
Məsələni araşdıran polis rəsmisi bayrağın yandırılmasının və onun Mərakeş bayrağı ilə əvəz edilməsinin “Charlie Hebdo” satirik jurnalında müqəddəs Məhəmməd peyğəmbərin karikaturasının dərc edilməsinə cavab olaraq bir çox ölkələrdə fransızlara qarşı başlayan hərəkətlə bağlı olduğunu bildirib.
Fransanın əsas dövlət simvollarından biri olan bayrağın yandırılması ilə əlaqədar cinayət işi açılıb.

Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Paris

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fransada_bu_olkenin_bayragi_Merakes_bayragi_ile_evez_olunub-825986

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR