"Bavariya” və "Barselona" "Bayer Leverkuzen"in alman müdafiəçisi Conatan Tahı transfer etmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, “Barselona” futbolçu ilə şifahi razılıq əldə edib. “Mundo Deportivo”da dərc edilən xəbərə görə, “Bavariya” klubu Conatan Taha Barselona ilə şifahi razılaşmasını pozması üçün təzyiq edir. Tahı heyətinə qatmaq istəyən “Bavariya”nın futbolçuya daha çox məvacib təklif etdiyi irəli sürülür.
Qeyd edək ki, “Real Madrid”in də futbolçunun xidmətində maraqlı olduğu deyilir. Tah 2014-2015 mövsümündə icarə əsasında "Fortuna Düsseldorf"a göndərilib. Tah 2015-ci ildə "Bayer Leverkuzen"ə transfer olunub. O, “Bayer Leverkuzen”lə 402 matçda 18 qol və 13 məhsuldar ötürmə ilə çıxış edib. Bu mövsümün sonunda futbolçunun “Bayer Leverkuzen”lə müqaviləsi yekunlaşıb.