Gənclər şəhidlərin xatirəsini yad ediblər

07:58 20 Yanvar 2015
99 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
“Addım” Gənclər Təşkilatının nümayəndələri 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək məqsədilə “Mənim 25 yaşım var” layihəsi çərçivəsində Şəhidlər xiyabanını ziyarət ediblər.
Ziyarətdə “Addım”ın üzvləri və könüllü gənclər iştirak ediblər. Burada keçirilən tədbirdə qeyd edilib ki, bu Azərbaycan xalqının faciə və fərəh tarixidir, belə anım günlərində gənclər təşkilatları bir araya gəlməli və birlik nümayiş etdirməlidirlər.
Ziyarət zamanı təşkilatın üzvləri Şəhidlərin məzarları üzərinə qərənfillər düzüblər, şəhidlərimizin xatirəsini yad ediblər.
Tədbirə qoşulan Abdulla Şaiq adına Dövlət Kukla Teatrının azyaşlı üzvləri 20 yanvarda həlak olan şəhidlərin xatirəsinə qara şarları havaya uçurublar.
Layihənin əsas hissəsi yanvarın 20-də sosial media vasitəsilə keçiriləcəkdir. Təşkilat üzvləri sosial mediada 20 Yanvar faciəsinin tarixçəsi ilə bağlı müxtəlif dillərdə elektron broşürlar paylaşacaqlar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR