Məşhur futbolçuların oynadığı klub iflas etdi

İtaliyanın "Breşia" klubu iflasa uğrayıb.

Metbuat.az xəbər verir ki, bu barədə klub rəhbərliyi açıqlama verib. Məlumata görə, klub 3 milyon dollarlıq borcunu ödəyə bilməyib. Buna görə rəhbərlik klubun iflasa uğradığını bəyan ediblər.

Qeyd edək ki, 1911-ci ildə yaradılan "Breşia" İtaliyanın B seriyasında yer almışdı. 5 il əvvəl klub A seriyasına yüksəlmişdi. Tarixi klubda Roberto Baco, Xosep Qvardiola, Andrea Pirlo və digər məşhur futbolçular forma geyinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı