Azerbaycanda tedqiqat nuve reaktorunun tikintisi ucun muhum sened

Azerbaycanda tedqiqat nuve reaktorunun tikintisi ucun muhum sened
09:03 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azerbaycan, Baki, 20 yanvar /Trend, muxbir Huseyn Veliyev/

Fransanin "Areva" sirketi “Milli Nuve Tedqiqatlari Merkezi” QSC ucun Azerbaycanda tedqiqat nuve reaktorunun tikintisi layihesinin texniki iqtisadi esaslandirilmasini (TIE) hazirlayir.

Trend xeber verir ki, bu barede QSC-nin rehberi Adil Qeribov Rabite ve Yuksek Texnologiyalar Nazirliyinin 2014-cu ilin yekunlarina hesr edilmis kollegiya iclasinda deyib.

Onun sozlerine gore, sazis ve tehlukesizlikle bagli meseleler ugurla hell olunacagi halda qarsiya qoyulan vezifelerin reallasdirilmasi cercivesinde islere 2016-ci ilden baslamaq olar: "Basqa avadanliqlara, o cumleden, proton suretlendirici, elektron suretlendirici ve ionlasdiran sua menbeleri ucun avadanliqlara gelince, bu mesele uzre icraci strukturlarla danisiqlar aparilib ve danisiqlarin butun detallari oz hellini tapib. Yalniz investisiya xarakterli meseleleri hell etmek qalir".

A.Qeribovun sozlerine gore, bu yaxinlarda sterilizasiya qurgusunun ise salinmasi barede qerar qebul edilib.

Qurgunun bu ilin birinci yarisinda ise salinmasi planlasdirilir. Qarsiya qoyulan tapsiriqlarin helli ucun 2015-ci ilde 2 milyon manat ayrilib.

QSC rehberi bildirib ki, yaxin vaxtlarda Azerbaycana streilizasiya qurgusunun isi ucun lazim olan izotop menbeleri getirilecek. Tezlikle streilizasiya qurgusunda gorulmesi planlasdirilan isler uzre teklifler hazirlanacaq.

Onun sozlerine gore, 2015-ci ilde QSC tedqiqat reaktorunun tikintisi ucun yer meselesini hell edecek. Bundan basqa, gelecekde Sumqayitda tedqiqat reaktorunun tikintisi meselesine baxila biler.

Tedqiqat reaktorunun tikintisi ucun 15 hektarliq torpaq sahesi ayrilib. Erazide inzibati bina, melumatlarin emali merkezi ve tedqiqat ve elmi islerin aparilmasi ucun diger zeruri infrastruktur yerlesecek.

Hazirda Beynelxalq Atom Enerjisi Agentliyi (BAEA) Azerbaycanin “Milli Nuve Tedqiqatlari Merkezi”nin iki layihesini tesdiqleyib. Bir muddet evvel baxilmaq ucun BAEA-ya teqdim edilen layiheler 2015-2018-ci ve 2016-2018-ci illeri ehate edir.

Layihelerden her birinin deyeri 400-500 min avro hecminde qiymetlendirilir ve onlar, esasen, sahe uzre kadrlarin hazirlanmasina yonelib.

Nuve texnologiyalarindan dinc meqsedler ucun istifade meqsedile Azerbaycanin Rabite ve Yuksek Texnologiyalar Nazirliyi yaninda “Milli Nuve Tedqiqatlari Merkezi” QSC dovlet bascisinin 2014-cu il 8 may tarixli serencami ile yaradilib.

Meqale muellifi ile elaqe unvani: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR