Yenə də "Hamımız erməniyik" aksiyası

Yenə də "Hamımız erməniyik" aksiyası
09:06 20 Yanvar 2015
95 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə 8 il əvvəl öldürülən erməni əsilli jurnalist, “Aqos” qəzetinin baş redaktoru Hrant Dinkin anım günü zorakılıqlarla yadda qalıb.

ANS PRESS-in məlumatına görə, paytaxt Ankarada Hrant Dinkə ədalət şüarları altında yürüş baş tutub. Aksiya zamanı bir qrup fəal ədliyyə nazirliyinin binası qarşsında toplaşıb. Təhlükəsizlik qüvvələrinin xəbərdarlıqlarına baxmayaraq, aksiyaçılar nazirliyin binası qarşısını tərk etməyiblər. Sonda tərəflər arasında qarşıdurmalar olub. Polis təzyiqli su ilə aksiyanı dağıtmağa çalışıb. Qarşıdurmalar zamanı polisə müqavimət göstərən bir neçə nəfər həbs edilib.

Aksiyada fəallar əllərində “Hamımız Hrant Dinkik”, “Hamımız erməniyik” şuarları ilə çıxış ediblər.

2007-ci ildə milli zəmində baş verən cinayətdə şübhəli bilinən şəxs Ogün Samast 22 il 10 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Hrant Dinkin 2002-ci ildə Urfa vilayətində keçirilən konfrnasında çıxışı zamanı “Mən türk deyiləm, türkiyəliyəm, milliyətim isə ermənidir” sözləri əksəriyyət tərəfindən türklüyün təhqir olunması kimi qəbul edilmişdi. Hrant Dinkin özünə bu sözlərinə görə, 3 il həbs cəzası verilmiş, daha sonra bəraət almışdı.
Mənbə
IHA


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR