İran futbolçularına selfi qadağası

İran futbolçularına selfi qadağası
09:11 20 Yanvar 2015
175 İdman
Ölkə mətbuatı
A- A+

İran futbol qüvvələri futbolçıların qadınlarla şəkil çəkdirməsindən narahatdırlar.

ANS PRESS-in məlumatına görə, İran millisinin futbolçuları milli federasiyadan bu barədə xəbərdarlıq alıblar.

Xəbərdarlığa əsasən əgər onlar Asiya kubokunda azarkeş qadınlarla selfi çəkərlərsə cəzalanacaqlar.

İran Futbol Federasiyasının etika üzrə komitənin sədri Əli Əkbər Muhəmmədzadə bildirib ki, bu tip şəkillər milli komandanın oyunçularına qarşı istifadə edilə bilər.

“Millinin oyunçuları əmin olmalıdırlar ki, onları siyasi vasitə kimi istifadə etmiyəcəklər və onları çəkənlər bu fotoları onlara qarşı yönləndirməyəcək. Buna görə də onlar hər arzu edənlə foto çəkməməlidirlər. Əgər oyunçular bunu nəzərə almasalar tədbir görmək məcburiyyətində qalacayıq”- deyə Muhəmmədzadə bildirib.

Qeyd edək ki, İran millisi C qrupunda bütün üç oyunu udaraq birinci yerdən Asiya Kubokunun dörddə bir mərhələsinə keçib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=320705

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR