"Martin Luter Kinq" günü qeyd olunub

"Martin Luter Kinq" günü qeyd olunub
09:26 20 Yanvar 2015
108 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarında “Martin Luter Kinq günü” qeyd olunub. Federal bayramlardan hesab olunan bu gün qaradərili amerikalıların hüquq bərabərliyi uğrunda apardığı mübarizəsinə həsr olunub. Ötən gün ölkənin bütün ştatlarında yüzlərlə fəal yürüş edərək bayramı qeyd edib.

Nyu York şəhərində baş tutan aksiyada fəallar polis zorakılıqları nəticəsində öldürülən Erik Qarner və Maykl Braunu da yada salıblar. Amerikanın qaradərili vətəndaşları hər iki qətlin irqi zəmində baş verdiyini iddia edir.

Bir qrup fəal ölkədə son günlərdə irqi zəmində baş verən zorakılıqlara baxmayaraq, Amerikada qardaşlıq ab-havasının, irqi toleransın olduğunu vurğulayıb.
Sinxron: Ron Tompson. Aksiya iştirakçısı.

“Nümayişlər göstərir ki, Martin Luter Kinqin arzuları indi də yaşayır. İndi də insanlar onun ideologiyasına inanırlar. Biz bu ənənəni öz övladlarımıza ötürməliyik”

Prezident Barak Obama bayramı ailəsi ilə birgə “Daha böyük Vaşinqtonun oğlanlar və qızları” klubunda uşaqların arasında keçirib. Obama uşaqlara yazı yazmağı və rəsm çəkməyi öyrədib.
Mənbə
Associated Press



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR