Azərbaycanda təhsil və ixtisas məsələləri üzrə regional universal mərkəzlər yaradılacaq

09:42 20 Yanvar 2015
98 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 09:39 ]


Bakı. Ramiz Mikayıloğlu - APA.  Azərbaycanda distant təhsil, istedadlı şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin yaradılması istiqamətində atılacaq addımar müəyyənləşib.

 

APA-nın məlumatıma görə, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”ına əsasən Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi 2017-2018-ci illər ərzində regionlarda universal mərkəzlərin yaradılması üzrə dövlət proqramı layihəsini hazırlamalıdır.

 

Nazirlər Kabineti 2019-cu ildə regionlarda universal mərkəzlərin yaradılması üzrə dövlət proqramını təsdiq üçün təqdim etməli, həmin il regionlarda universal mərkəzlərin yaradılması üzrə dövlət proqramı təsdiqlənməli, maliyyə vəsaiti ayrılmalıdır. Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi 2019-2024-cü illər ərzində regionlarda universal mərkəzlərin yaradılması üzrə dövlət proqramının həyata keçirilməsini təmin etməlidir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369661

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR