Erməniyə görə Türkiyə sərhədçiləri həyəcan siqnalı verdi

Erməniyə görə Türkiyə sərhədçiləri həyəcan siqnalı verdi
15:51 25 Dekabr 2014
156 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan vətəndaşı qohumlarla davadan sonra qanunsuz yolla Türkiyə ilə sərhədi keçməyə çalışıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistandakı Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd idarəsinin mətbuat xidmətindən bildirilib. Hadisə 22 dekabr tarixində baş verib.

Ermənistan vətəndaşının bu cəhdindən dərhal sonra sərhəd məntəqəsində həyəcan siqnalı verilib. Hadisə yerinə gəlmiş sərhədçilər sərhəd pozuntusunu aşkarlayıb. Sərhəddi pozan şəxs Ermənistan Respublikasının Dövlət sərhədinin 150 metrliyində saxlanılıb.

Saxlanılan şəxs dindirilmə zamanı qohumuları ilə məişət zəminində mübahisə etdiyini deyib. O bildirib ki, davadan sonra Türkiyəyə getməyə qərar verib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=316257

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR